...

Tehranda Azərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin görüşünə hazırlıq məsələsi müzakirə olunacaq

Siyasət Materials 18 Noyabr 2011 12:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov gələn həftə İrana səfər edəcək. Bu barədə Trend-ə diplomatik mənbələrdən məlumat verilib.

Tehranda Xələfov İranın rəsmi şəxsləri ilə ikitərəfli münasibətlərin inkişafı məsələsi üzrə danışıqlar aparacaq.

Azərbaycan, İran və Türkiyənin XİN rəhbərlərinin ilin sonunadək keçirilməsi nəzərdə tutulan növbəti üçtərəfli görüşünə hazırlıq məsələlərinin müzakirə olunacağı da gözlənilir.

İlk belə görüş apreldə İranın Urmiya şəhərində keçirilib. Onun nəticələri üzrə birgə bəyannamə qəbul edilib. Sənəddə iqtisadi və siyasi, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafının zəruriliyi qeyd edilib.

Xəbər lenti

Xəbər lenti