...

Prezident İlham Əliyev Qəbələdə su-limonad istehsalı zavodunun açılışında iştirak edib (FOTO)

Siyasət Materials 18 Noyabr 2011 15:14 (UTC +04:00)
Noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Qəbələdə su-limonad istehsalı zavodunun açılışında iştirak etmişdir.
Prezident İlham Əliyev Qəbələdə su-limonad istehsalı zavodunun açılışında iştirak edib (FOTO)

Noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Qəbələdə su-limonad istehsalı zavodunun açılışında iştirak etmişdir.

Trend-in məlumatına görə, dövlətimizin başçısı zavodu işə saldı.

Məlumat verildi ki, istehsal gücü saatda 6 min litr olan zavodun tikintisi bu ilin martında başlamış, oktyabrda isə başa çatdırılmışdır. İllik istehsal gücü 50 milyon litr olan müəssisədə 60 nəfər işlə təmin olunacaqdır.

Müasir avadanlığın quraşdırıldığı zavodda istehsal prosesi ilə tanış olan Prezident İlham Əliyev hazır məhsulun dadına da baxdı.

Dövlətimizin başçısı bu cür müəssisələrin açılmasının əhəmiyyətini qeyd etdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.

Xəbər lenti

Xəbər lenti