Azərbaycan, Bakı, 24 noyabr /Trend/
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində qulluq keçən dövlət qulluqçularına müalicə müavinəti ödənilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, müəyyən edilsin ki, Xüsusi Tibb Xidmətində və onun tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda inzibati və yardımçı vəzifə tutan dövlət qulluqçularına hər il məzuniyyətə çıxdıqda və ya il ərzində məzuniyyətə çıxmadıqda əməyin ödənilməsi fondu dairəsində bir aylıq vəzifə maaşı həcmində müalicə müavinəti ödənilir.