...

Bakıda İraq-Azərbaycan münasibətləri müzakirə olunacaq

Siyasət Materials 28 Noyabr 2011 16:35 (UTC +04:00)
İraq-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndə heyəti yaxın vaxtlarda Bakıya səfər edəcək.
Bakıda İraq-Azərbaycan münasibətləri müzakirə olunacaq

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir M.Əliyev/

İraq-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndə heyəti yaxın vaxtlarda Bakıya səfər edəcək. Bu barədə Trend-ə bazar ertəsi Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İlham Məmmədov bildirib.

Onun sözlərinə görə, ölkə ilə tanışlıq məqsədi daşıyan səfər çərçivəsində ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi müzakirə olunacaq.

"İraq beynəlxalq təşkilatlar çərçivəsində daima Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi zaman da İraq öz dəstəyini nümayiş etdirib", - o deyib.

Səfər çərçivəsində iraqlı deputatların Milli Məclisin sədri, üzvləri, həmçinin Azərbaycanın digər rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti