...

Azərbaycanın birinci xanımı Vatikanın dinlərarası dialoq naziri ilə görüşüb (FOTO)

Siyasət Materials 28 Noyabr 2011 20:00 (UTC +04:00)
İtaliyada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bazar ertəsi Vatikanın dinlərarası dialoq naziri Jan-Lui Toran ilə görüşüb.
Azərbaycanın birinci xanımı Vatikanın dinlərarası dialoq naziri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

İtaliyada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bazar ertəsi Vatikanın dinlərarası dialoq naziri Jan-Lui Toran ilə görüşüb.

Görüşdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinin geniş şəkildə qeyd olunduğu vurğulanıb. Söhbət zamanı ölkəmizin Qərblə Şərq arasında körpü rolu oynadığı, bütün dinlərin nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadığı, Azərbaycanın dünyada tolerantlıq məkanı kimi tanındığı xüsusi qeyd edilib.

Bildirilib ki, Vatikan ilə Azərbaycan arasında əlaqələr uğurla inkişaf edir və bu münasibətlərin dərinləşməsində Heydər Əliyev Fondunun xüsusi xidmətləri var.

Son dövrlərdə Fondun Vatikan kitabxanası ilə qurduğu əməkdaşlıq sayəsində azərbaycanlı mütəxəssislərin bu bilik xəzinəsindən faydalanmasına icazə verilib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti