...

Azərbaycanda keçirilən seçkilərdə seçici fəallığı saat 12:00 üçün 13,79 faiz təşkil edib

Siyasət Materials 30 Noyabr 2011 13:29 (UTC +04:00)
Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə seçici fəallığı yerli vaxtla saat 12:00-a olan məlumata görə, 13,79 faiz (159 347 seçici) təşkil edir.
Azərbaycanda keçirilən seçkilərdə seçici fəallığı saat 12:00 üçün 13,79 faiz təşkil edib

Azərbaycan, Bakı, 30 noyabr / Trend müxbir М.Əliyev/

Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə seçici fəallığı yerli vaxtla saat 12:00-a olan məlumata görə, 13,79 faiz (159 347 seçici) təşkil edir. Trend-in məlumatına görə, bu barədə MSK nəzdində "Seçkilər" İnformasiya Mərkəzinin direktoru Ramil Hüseynov bildirib.

Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər yerli vaxtla 08:00-da başlayıb.330 bələdiyyə üzrə 464 yerə 1549 nəfər öz namizədliyini irəli sürüb. Hər boş yerə dörd nəfərə yaxın namizəd düşür.

Seçkilərə 9 siyasi partiyanı təmsil edən namizədlər qatılıb - YeniAzərbaycan, Ana Vətən, Ümid, Azərbaycan Sosial Rifah, Vətəndaş Həmrəyliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Demokratik İslahatlar, Vətəndaş Birliyi partiyaları. Namizədlərdən 709 nəfəri
bitərəfdir.

Seçkiləri izləmək üçün 9923 müşahidəçi qeydiyyatdan keçib. Seçkilərdə 1 155 864 nəfərin səsvermə hüququ var.

MSK səsvermənin gedişatı barədə məlumatı həmçinin 15:00, 17:00 və 19:00-da verəcək.

Xəbər lenti

Xəbər lenti