...

Azərbaycanın Baş naziri Atambayevə Qırğızıstan Prezidenti vəzifəsində uğurlar arzulayıb

Siyasət Materials 1 Dekabr 2011 18:03 (UTC +04:00)
Azərbaycanın Baş naziri Almazbek Atambayevə Qırğızıstan Prezidenti vəzifəsinin icrasında uğurlar arzulayıb.
Azərbaycanın Baş naziri Atambayevə Qırğızıstan Prezidenti vəzifəsində uğurlar arzulayıb

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Baş naziri Almazbek Atambayevə Qırğızıstan Prezidenti vəzifəsinin icrasında uğurlar arzulayıb. Bu barədə cümə axşamı Trend KirTAQ-a istinadən məlumat verir.

Azərbaycan hökumətinin başçısı Artur Rasizadə dövlət başçısı vəzifəsinə seçilməsi münasibətilə Almazbek Atambayevi təbrik edib və məsuliyyətli vəzifədə uğurlar arzulayıb.

Cümə axşamı Bişkəkdə Qırğızıstanın yeni seçilən Prezidentinin inauqurasiya mərasimi təşkil edilib.

Azərbaycanın Baş naziri və Qırğızıstan Prezidenti söhbət zamanı ikitərəfli əməkdaşlığın aktual məsələlərini və perspektivlərini müzakirə ediblər.

Prezident seçkiləri oktyabrın 30-da baş tutub. Fəaliyyətdə olan Baş nazir Atambayev səslərin 62 faizini toplayaraq seçkilərdə qalib gəlib.

Xəbər lenti

Xəbər lenti