...

İran polisi 11 ölkənin səfirinin Böyük Britaniya səfirliyinə baş çəkməsinə mane olub

Siyasət Materials 1 Dekabr 2011 17:43 (UTC +04:00)
İran polisi ölkədə akkreditə olunmuş 11 ölkənin səfirinin Böyük Britaniya səfirliyinə baş çəkməsinə maneçilik törədib.
İran polisi 11 ölkənin səfirinin Böyük Britaniya səfirliyinə baş çəkməsinə mane olub

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir D.Xatınoğlu/

İran polisi ölkədə akkreditə olunmuş 11 ölkənin səfirinin Böyük Britaniya səfirliyinə baş çəkməsinə maneçilik törədib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Fars" informasiya agentliyi xəbər verir.

Rusiya, İsveçrə, Polşa, Macarıstan, Yeni Zelandiya, Kipr, Finlandiya, Çexiya və digər ölkələrin səfirləri Böyük Britaniyanın səfirliyinə baş çəkməyə cəhd ediblər.

Məlumata görə, iranlı polislər diplomatlardan İran hökumətindən rəsmi razılıq almağı xahiş edərək onlara səfirliyə daxil olmağa icazə verməyiblər.

İranlı tələbələr çərşənbə axşamı Böyük Britaniyanın İrandakı səfirliyinin əsas binasına daxil olublar. Onlar Böyük Britaniya kraliçası II Yelizavetanın portretini cırıb və Britaniya bayrağını yandırıblar.

BMT Təhlükəsizlik Şurası səfirliyə hücumu pisləyib və İran hakimiyyətini diplomatların təhlükəsizliyini təmin etməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti