...

Sloveniyalı deputat: "Amnesty İnternational" təşkilatının Azərbaycanla bağlı hesabatı ədalətsiz mövqeni əks etdirir

Siyasət Materials 9 Dekabr 2011 14:41 (UTC +04:00)
"Amnesty İnternational" təşkilatının Azərbaycanla bağlı hesabatı qərəzli və ədalətsiz bir mövqeni əks etdirir.
Sloveniyalı deputat: "Amnesty İnternational" təşkilatının Azərbaycanla bağlı hesabatı ədalətsiz mövqeni əks etdirir

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir E.Mehdiyev/

"Amnesty İnternational" təşkilatının Azərbaycanla bağlı hesabatı qərəzli və ədalətsiz bir mövqeni əks etdirir. Bu hesabat yalnız bir neçə şəxsin və bir neçə KİV-in verdiyi məlumata əsasən təşkil olunub. Trend-in məlumatına görə, bunu Avropa Şurasının Sloveniyadan olan deputatı Zmaqa Jelinçiç Plementi İnsan hüquqlarına dair beynəlxalq standartların təsbiti üzrə birgə İşçi Qrupunun cümə günü Bakıda keçirilən iclasında deyib.

"Azərbaycanda 2700-dən çox QHT qeydə alınıb. Bu faktın əleyhinə olaraq, yalnız 3-5 insanın verdiyi məlumata əsasən bu hesabat hazırlanıb və həmin məlumat verən insanların arasında elə birisi vardır ki, QHT-dən öz maraqları naminə istifadə edib", - Plementi bildirib.

Onun sözlərinə görə, həmin hesabatda qeyd olunur ki, guya Azərbaycanda keçirilən seçkilər beynəlxalq müşahidəçilər tərəfindən kəskin şəkildə tənqid olunub. Lakin bu, həqiqətə uyğun deyil.

"Mən deyə bilərəm ki, Avropa Şurası və həmçinin digər beynəlxalq təşkilatlar bu barədə çox müsbət fikirlər bildiriblər", - o əlavə edib.

Plementi bildirib ki, "Amnesty İnternational" təşkilatı hesabatda Dağlıq Qarabağ problemi ilə bağlı heç bir fikir söyləməyib. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 4 qətnaməsi hələ də yerinə yetirilməyib, lakin "Amnesty İnternational" təşkilatının hesabatında bununla bağlı heç bir fikir qeyd olunmayıb.

Xəbər lenti

Xəbər lenti