...

İranın nüvə proqramı hərbi xarakter daşımır - RF XİN rəhbərinin müavini

Siyasət Materials 9 Dekabr 2011 16:04 (UTC +04:00)
İranın nüvə proqramında hərbi tərkib yoxdur.
İranın nüvə proqramı hərbi xarakter daşımır - RF XİN rəhbərinin müavini

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

İranın nüvə proqramında hərbi tərkib yoxdur. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə cümə günü Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

"Bizim yoxlanılmış məlumatlarımız var ki, hərbi tərkibin mövcudluğu barədə doğru məlumat yoxdur. İranın nüvə proqramının hərbi tərkibli olması barədə sübut yoxdur", - Ryabkov "Rossiya 24" telekanalının efirində bildirib.

O əlavə edib ki, qalan şübhələri danışıqlar yolu ilə həll etmək və bir sıra məsələləri bağlamaq lazımdır. Buna uyğun olaraq, İranın BAEA ilə sıx əməkdaşlıq etməsi vacibdir.

Xəbər lenti

Xəbər lenti