...

Fövqəladə hallar naziri Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibinin müavinini qəbul edib

Siyasət Materials 12 Dekabr 2011 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir M.Əliyev/

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Azərbaycanda səfərdə olan Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibinin müavini Vladimir Kuvşinovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Trend-in bazar ertəsi FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş zamanı nazir Kəmaləddin Heydərov qonağa Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan qurumlar və onların fəaliyyəti haqqında ətraflı məlumat verib. Həmçinin, FHN-in nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrinin inkişaf etdirilməsi istiqamətində aparılan işləri də qonağın diqqətinə çatdırıb.

Qonaq, öz növbəsində, nazirliyin fəaliyyətini yüksək qiymətləndirib və BMMT tərəfindən keçirilən tədbirlərdə nazirliyin əməkdaşlarının iştirakını alqışlayıb, təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb. Görüşdə, həmçinin, gələcəkdə birgə əməkdaşlıq planının hazırlanması perspektivləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti