...

Elmar Məmmədyarov ABŞ Müdafiə Nazirliyinin nəqliyyat komandanını qəbul edib

Siyasət Materials 12 Dekabr 2011 17:24 (UTC +04:00)
Elmar Məmmədyarov bazar ertəsi ABŞ Müdafiə Nazirliyinin nəqliyyat Komandanı Uilyam Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Elmar Məmmədyarov ABŞ Müdafiə Nazirliyinin nəqliyyat komandanını qəbul edib

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi ABŞ Müdafiə Nazirliyinin nəqliyyat Komandanı Uilyam Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla ABŞ arasında mövcud olan strateji tərəfdaşlıq əlaqələri, iki ölkə arasında müxtəlif sahələrdə münasibətlər, əməkdaşlıq perspektivləri və Azərbaycanın Əfqanıstanda sülh yaratma əməliyyatlarına töhfəsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Nazir Əfqanıstanda sülh və sabitliyin bərqərar olunmasının Azərbaycan üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Görüşdə, həmçinin, qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti