...

Vaşinqtonda Amerika-Azərbaycan münasibətləri müzakirə olunacaq

Siyasət Materials 13 Dekabr 2011 11:26 (UTC +04:00)
Dekabrın 22-də Vaşinqtonda, "Dinu Patriciu" Avrasiya mərkəzində Amerika-Azərbaycan münasibətləri müzakirə olunacaq.
Vaşinqtonda Amerika-Azərbaycan münasibətləri müzakirə olunacaq

Azərbaycan, Bakı, 13 dekabr / Trend, müxbir E.Tariverdiyeva /

Dekabrın 22-də Vaşinqtonda, "Dinu Patriciu" Avrasiya mərkəzində Amerika-Azərbaycan münasibətləri müzakirə olunacaq. Müzakirələr "Amerika-Azərbaycan münasibətləri və Cənubi Qafqazda perspektivlər" mövzusunda diskussiyalar çərçivəsində keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan-Amerika Şurasının məlumatında deyilir.

Müzakirələrdə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov iştirak edəcək.

Müzakirələr Avropa, Yaxın Şərq, Orta Asiya və İran arasında bir növ əlaqələndirici halqa olan Azərbaycanın rolu və geostrateji vəziyyətinə, eləcə də onun xüsusilə oktyabrın 25-də Azərbaycanla Türkiyə arasında imzalanmış saziş fonunda karbohidrogenlərin ixracatçısı kimi getdikcə artan roluna həsr olunacaq. Həmin saziş Azərbaycanı Birləşmiş Ştatların əsas tərəfdaşı edir.

Energetika və infrastrukturun inkişafında əməkdaşlıq 1990-cı illərdə Amerika-Azərbaycan münasibətlərinin əsas sahəsi olub, 2001-ci ildən isə Bakı Əfqanıstandakı koalisiya qüvvələrinə dəstək göstərir. Məlumatda deyilir ki, lakin, o cümlədən Dağlıq Qarabağ ətrafında həll olunmamış münaqişə üzündən əlaqələrin möhkəmlənməsi üzrə səylər problemlərlə üzləşib.

Azərbaycan-Amerika Şurasının məlumatında deyilir ki, Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimovla müzakirələr Amerika-Azərbaycan münasibətlərinin və Dağlıq Qarabağ üzrə danışqıların perspektivləri, bütövlükdə Cənubi Qafqaz məsələlərinin anlaşılması üçün əla imkandır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti