...

Dmitri Medvedevin deputat mandatı İrina Yarovayaya veriləcək - MSK

Siyasət Materials 15 Dekabr 2011 19:44 (UTC +04:00)
Dövlət Dumasına keçirilən seçkilərdə "Yedinaya Rossiya"nın siyahısına başçılıq edən Rusiya Prezidenti Dmitri Medvedevin deputat mandatı partiya üzrə deputat həmkarı İrina Yarovayaya veriləcək.
Dmitri Medvedevin deputat mandatı İrina Yarovayaya veriləcək - MSK

Azərbaycan, Bakı, 15 dekabr /Trend/

Dövlət Dumasına keçirilən seçkilərdə "Yedinaya Rossiya"nın ("Vahid Rusiya") siyahısına başçılıq edən Rusiya Prezidenti Dmitri Medvedevin deputat mandatı partiya üzrə deputat həmkarı İrina Yarovayaya veriləcək. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) məlumat verib.

Yarovaya beşinci çağırış Dövlət Dumasında Konstitusiya qanunvericiliyi komitəsinin sədr müavini, "Yedinaya Rossiya"nın dövlət-vətənpərvər klubunun koordinatoru olub.

Yarovaya Kamçatka vilayətindən seçilmişdi, altıncı çağırış Dövlət Dumasına seçkilərin nəticəsinə əsasən, Aşağı Palataya keçə bilməyib.

"Yedinaya Rossiya"nın mətbuat xiddmətinin verdiyi məlumata əsasən, Medvedevin deputat mandatı MSK-nın sıyahısına görə əvvəlcə Kamçatkanın başçısı Vladimir İlyuxinə verilib, qubernator isə onu Yarovayaya ötürüb.

Xəbər lenti

Xəbər lenti