...

Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

Siyasət Materials 30 Dekabr 2011 13:46 (UTC +04:00)
Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub.
Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 30 dekabr / Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, dekabrın 30-da müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Görüşdə ABŞ-la Azərbaycan arasındakı hərbi əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, bölgədə hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Metyu Brayzanın fəaliyyətini yüksək qiymətləndirib və bundan sonrakı işlərində ona uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti