...

İran və Ermənistan təhlükəsizlik məsələlərini müzakirə edəcəklər

Siyasət Materials 4 Yanvar 2012 12:09 (UTC +04:00)
İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar yanvar ayının ortalarında Ermənistana səfər edəcək.
İran və Ermənistan təhlükəsizlik məsələlərini müzakirə edəcəklər

Azərbaycan, Bakı, 4 yanvar /Trend, müxbir T.Cəfərov/

İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar yanvar ayının ortalarında Ermənistana səfər edəcək. Bunu İranın daxili işlər nazirinin beynəlxalq məsələlər üzrə müavini Mehdi Məhəmmədifərd deyib. Trend-in məlumatına görə, bu barədə İranın ISNA agentliyi xəbər verir.

Məhəmmədifərd bildirib ki, səfər çərçivəsində İran və Ermənistan arasında təhlükəsizlik məsələləri müzakirə olunacaq. "Səfər çərçivəsində iki ölkə arasında mədəni, ticari və iqtisadi sahələrdə əməkdaşlıq, o cümlədən sərhəddə müştərək yarmarkaların fəaliyyəti ilə bağlı müzakirələr aparılcaq", - o əlavə edib.

Məhəmmədifərd daxili işlər nazirinin yaxın gələcəkdə İraqa da səfər edəcəyini deyib.

Xəbər lenti

Xəbər lenti