...

Azərbaycanda seçicilər siyahısının dəqiqləşdirilməsinə start verildi

Siyasət Materials 9 Yanvar 2012 13:26 (UTC +04:00)
Azərbaycan üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsi prosesinə start verilib.
Azərbaycanda seçicilər siyahısının dəqiqləşdirilməsinə start verildi

Azərbaycan, Bakı, 9 yanvar /Trend müxbir M.Əliyev/

Azərbaycan üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsi prosesinə start verilib. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının bazar ertəsi yaydığı məlumatda bildirilir.

Seçki Məcəlləsinin tələbinə əsasən, vahid seçicilər siyahısının dəqiqləşdirilməsi ilkin olaraq məntəqə seçki komissiyaları tərəfindən aparılır. Məntəqə seçki komissiyaları qanunla nəzərdə tutulmuş müddətdə müvafiq seçki məntəqəsinin hüdudlarında seçici siyahılarının dəqiqləşdirilməsini həyata keçirəcəklər.

Seçki qanunvericiliyinin tələbinə görə, məntəqə seçki komissiyaları məntəqə üzrə dəqiqləşdirilmiş seçici siyahılarını fevralın 5-dən gec olmayaraq müvafiq dairə seçki komissiyalarına təhvil verməlidirlər. Dairə seçki komissiyaları isə müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təqdim edəcəklər və qurum vahid seçicilər siyahısının ölkə üzrə dəqiqləşdirilməsini həyata keçirəcək. Bu proses ən geci mayın sonuna qədər yekunlaşacaq və ölkə üzrə dəqiqləşdirilmiş vahid seçicilər siyahısı MSK-nın rəsmi internet səhifəsində yerləşdirilərək ictimailəşdiriləcək.

2011-ci ildə Azərbaycan seçicilərinin sayı 27 095 nəfər artıb. Hazırda mövcud olan siyahıya əsasən, Azərbaycanda 4 873 642 seçici qeydiyyata alınıb.

Xəbər lenti

Xəbər lenti