...

ABŞ senatoru Azərbaycanda səfir postuna artıq ikinci namizədə mane olur

Siyasət Materials 10 Yanvar 2012 10:24 (UTC +04:00)
ABŞ senatoru Robert Menendes ABŞ Prezidenti Barak Obama tərəfindən Azərbaycanda səfir postuna namizəd irəli sürülməsinə mane olur. Trend-in məlumatına görə, bu barədə "The Washington Post" qəzeti yazır.
ABŞ senatoru Azərbaycanda səfir postuna artıq ikinci namizədə mane olur

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir E.Tariverdiyeva/

ABŞ senatoru Robert Menendes ABŞ Prezidenti Barak Obama tərəfindən Azərbaycanda səfir postuna namizəd irəli sürülməsinə mane olur. Trend-in məlumatına görə, bu barədə "The Washington Post" qəzeti yazır.

"Robert Menendes tamamilə əsassız olaraq Prezident Obama tərəfindən yüksək ixtisaslı diplomatik xidmət əməkdaşının Azərbaycanda səfir postuna təyin olunmasını pozur", - qəzet yazır.

Menendes Obamanın namizədi yüksək ixtisaslı hakim Petti Şvarsa mane olur.

"Mənim fikrimcə, hakim Şvars bizim ABŞ dairə məhəkəməsi hakimindən gözləməli olduğumuz konstitusiya hüququ və Ali məhkəmənin əsas qərarlarına [. . .] dair geniş bilikləri tam ölçüdə nümayiş etdirmir", - senator yanvarın 6-da öz bəyanatında bildirib.

Lakin Şvars Pensilvaniyada Hüquq Məktəbini bitirib və son on il ərzində ABŞ-ın Nyu Cerci ştatı dairəsi üzrə dairə məhkəməsi hakimidir.

Menendesin ofisi iddia edir ki, senator namizədliyi irəli sürülməzdən əvvəl hakim Şvarsın ixtisaslaşması ilə bağlı konkret və ciddi narahatlıq keçirir.

Prezident Barak Obama 2010-cu il dekabrın 29-da şəxsi qərarı ilə Metyu Brayzanı Azərbaycana səfir təyin edib. ABŞ Konqresi bir neçə ay ərzində erməniyönlü senatorlar Barbara Bokser və Robert Menendesin təzyiqi altında onun namizədliyinin təsdiqlənməsinə mane olub.

Dekabrın sonlarında səfir Brayza Azərbaycandakı missiyasının başa vuraraq ABŞ-a qayıdıb.

ABŞ-dakı erməni lobbisi Brayzanın Azərbaycandakı səfir postuna namizədliyinə qarşı çıxırdılar.

Xəbər lenti

Xəbər lenti