...

Elmar Məmmədyarovun Nyu-Yorka səfərinin proqramı açıqlanıb

Siyasət Materials 11 Yanvar 2012 11:20 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün və sabah BMT Təhlükəsizlik Şurasının iclaslarında iştirak edəcək.
Elmar Məmmədyarovun Nyu-Yorka səfərinin proqramı açıqlanıb

Azərbaycan, Bakı, 11 yanvar /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün və sabah BMT Təhlükəsizlik Şurasının iclaslarında iştirak edəcək.

Azərbaycan 2012-2013-cü illərdə BMT TŞ-nin qeyri-daimi üzvü seçilib.

Nazirin Nyu-Yorkda olduğu müüddətdə onun Cənubi Afrika Respublikasının xarici işlər nazirinin sədrliyi ilə keçiriləcək Təhlükəsizlik Şurasının brifinqində və 12 yanvar 2012-ci il tarixində Cənubi Afrika Respublikasının Prezidenti Yakob Zumanın sədrliyi ilə Təhlükəsizlik Şurasında keçiriləcək müzakirələrdə iştirakı və çıxışları nəzərdə tutulur.

Tədbirlərdə iştirakı ilə yanaşı, nazir Məmmədyarovun BMT baş katibi adına Cənubi Afrika Respublikası tərəfindən verilən nahar ziyafətinə də qatılması planlaşdırılır.

Səfər çərçivəsində Məmmədyarovun Kolumbiyanın xarici işlər naziri, Almaniya və Portuqaliyanın dövlət katibləri ilə görüşləri də nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti