Azərbaycan, Bakı, 11 yanvar /Trend/
Bolqarıstan parlamentində qondarma "erməni soyqırımı"nın tanınmasını nəzərdə tutan qanun layihəsi qəbul edilməyib.
Trend-in erməni KİV-ə istinadən yaydığı məlumata görə, layihə Ataka Partiyası tərəfindən parlamentin cari ildə ilk iclasında gündəliyə daxil edilib. Müzakirələrdən sonra layihənin lehinə 14, əleyhinə isə 30 səs verilib və rədd edilib. 59 deputat bitərəf qalıb.
Ataka Partiyasının üzvləri məsələni yaxın vaxtlarda bir daha gündəmə gətirəcəklərini bildiriblər.
Daha əvvəl bu mövzu 4 dəfə parlamentin gündəliyinə salınıb.