...

Azərbaycanın fövqəladə hallar naziri Pakistan səfiri ilə görüşüb

Siyasət Materials 11 Yanvar 2012 19:40 (UTC +04:00)
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Pakistan İslam Respublikasının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri İnayatullah Kakarı qəbul edib.
Azərbaycanın fövqəladə hallar naziri Pakistan səfiri ilə görüşüb

Azərbaycan, Bakı, 11 yanvar /Trend/

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Pakistan İslam Respublikasının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri İnayatullah Kakarı qəbul edib.

Trend-in çərşənbə günü FHN-in rəsmi saytına istinadən yaydığı məlumata görə, görüş zamanı nazir Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, həmçinin, fövqəladə halların idarə edilməsi sahəsində nazirliyin beynəlxalq əlaqələri barədə qonağa ətraflı məlumat verib. Bununla yanaşı, Kəmaləddin Heydərov Pakistan İslam Respublikasının müvafiq qurumları ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini xüsusi qeyd edib.

Səfir də öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirib və ötən il Pakistan İslam Respublikasında baş vermiş daşqınlar zamanı Fövqəladə Hallar Nazirliyi tərəfindən göstərilmiş humanitar yardımı yüksək qiymətləndirib. Səfir, həmçinin, hər iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti