...

Qazaxıstanın Bakıdakı səfirliyində parlament seçkilərində seçicilərin 78 faizi səs verib

Siyasət Materials 15 Yanvar 2012 21:06 (UTC +04:00)
Qazaxıstanın Bakıdakı səfirliyində bu ölkənin parlamentinə seçkilərdə səsvermə başa çatıb. Bunu bazar günü Trend-ə Qazaxıstanın Azərbaycandakı səfirliyinin müşaviri Dastan Suleymenov bildirib.
Qazaxıstanın Bakıdakı səfirliyində parlament seçkilərində seçicilərin 78 faizi səs verib

Azərbaycan, Bakı, 15 yanvar / Trend müxbir R.Daraxşan/

Qazaxıstanın Bakıdakı səfirliyində bu ölkənin parlamentinə seçkilərdə səsvermə başa çatıb. Bunu bazar günü Trend-ə Qazaxıstanın Azərbaycandakı səfirliyinin müşaviri Dastan Suleymenov bildirib.

Suleymenov bildirib ki, seçkilərdə səsvermə məntəqəsində qeydə alınmış seçicilərin 78 faizi iştirak edib.

Azərbaycanda olan Qazaxıstan vətəndaşlarının parlament seçkilərində səs verməsi üçün Qazaxıstanın Azərbaycandakı səfirliyində 140 saylı səsvermə məntəqəsi yaradılmışdı.

Qazaxıstanda Məclisə və Məsləhətə seçkilər üzrə səsvermə bu gün Astana vaxtı ilə saat 07:00-də başlayıb və 20:00-dək davam edib.

Trend-in məlumatına görə, seçkilərin ilkin nəticələri artıq yanvarın 16-da məlum olacaq.
Seçkilərdə "Nur Otan" Xalq-Demokratik Partiyası, "Ədalət" Partiyası, Qazaxıstan Vətənpərvərləri Partiyası, Ümummilli Sosial-Demokrat Partiyası, "Ak Jol" Partiyası, Qazaxıstan Xalq Kommunist Partiyası, "Ayıl" Sosial-Demokrat Partiyası iştirak edir.

Xəbər lenti

Xəbər lenti