...

Müsavat Partiyasının nizamnaməsinə bir sıra dəyişikliklərin edilməsi gözlənilir

Siyasət Materials 16 Yanvar 2012 14:52 (UTC +04:00)
Müsavat Partiyasının nizamnaməsinə bir sıra dəyişikliklər olunması gözlənilir. Bu barədə bazar ertəsi Trend-ə Müsavat Partiyası Divanının üzvü Qubad İbadoğlu bildirib.
Müsavat Partiyasının nizamnaməsinə bir sıra dəyişikliklərin edilməsi gözlənilir

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir E.Mehdiyev/

Müsavat Partiyasının nizamnaməsinə bir sıra dəyişikliklər olunması gözlənilir. Bu barədə bazar ertəsi Trend-ə Müsavat Partiyası Divanının üzvü Qubad İbadoğlu bildirib.

Partiyanın Təşkilat Komitəsinin Proqram və Nizamnamə Qrupuna məsul olan İbadoğlu bildirib ki, qrupa müəyyən təkliflər daxil olub.

Onun sözlərinə görə, bu təkliflər Müsavat başqanının səlahiyyətləri, partiyanın idarə edilməsi, partiya Məclisinin səlahiyyətləri və eyni zamanda, partiya başqanın seçilməsi məsələləri ilə bağlıdır.

"Həm nizamnamənin, həm də proqramın daha təkmil olması üçün artıq müzakirələr bir mərhələdə yekunlaşıb. Son qərarı Müsavat Partiyasının qurultayı verəcək", - İbadoğlu qeyd edib.

Qeyd edək ki, Müsavat Partiyası Məclisinin yanvarın 7-də keçirilən iclasında VIII qurultayın bu il martın 3-4-də keçirilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti