Azərbaycan, Bakı, 16 yanvar /Trend/
Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2012-ci ilin "İdman ili" elan edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, 2012-ci il Azərbaycan Respublikasında "İdman ili" elan edilsin; Gənclər və İdman Nazirliyi Nazirlər Kabineti ilə birlikdə 2012-ci ilin Azərbaycan Respublikasında "İdman ili" elan edilməsinə dair tədbirlər planını hazırlayıb bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etsin.