Azərbaycan, Bakı, 21 yanvar /Trend/
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Goranboy rayonuna gəlib.
Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Goranboy şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Azərbaycan Prezidentinə abidə ətrafında aparılan abadlıq və tikinti-quruculuq işləri barədə məlumat verilib.
Prezident İlham Əliyev Goranboyda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib (FOTO)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Goranboy rayonuna gəlib.