Azərbaycan, Bakı, 23 yanvar / Trend müxbir M.Əliyev/
Milli Məclis yanvar ayının sonuna kimi 2011-ci il payız sessiyası dövründə fəaliyyətinin yekunları ilə bağlı hesabat təqdim edəcək. Bu barədə bazar ertəsi Trend-ə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.
Onun sözlərinə görə, bu məqsədlə təşkil olunacaq tədbirdə həm ötən sessiyanın yekunları, həm 2012-ci ilin yaz sessiyasında Azərbaycan Parlamentində müzakirə ediləcək qanunvericilik planı ictimaiyyətə təqdim olunacaq.
Təvəkküloğlu qeyd edib ki, Milli Məclisin yaz sessiyası öz işinə fevral ayının 1-də başlayacaq.