...

Azərbaycanın hakim partiyasının qurultayı Nizamnamədə müəyyən edilmiş müddətdə keçiriləcək

Siyasət Materials 25 Yanvar 2012 13:33 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyasının növbəti qurultayı Nizamnamədə müəyyən edilmiş müddət çərçivəsində keçiriləcək. Bunu Trend-ə YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov deyib.
Azərbaycanın hakim partiyasının qurultayı Nizamnamədə müəyyən edilmiş müddətdə keçiriləcək

Azərbaycan, Bakı, 25 yanvar / Trend müxbir M.Əliyev/

Hakim Yeni Azərbaycan Partiyasının növbəti qurultayı Nizamnamədə müəyyən edilmiş müddət çərçivəsində keçiriləcək. Bunu Trend-ə YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov deyib.

"Yeni Azərbaycan Partiyasının qurultaylarının keçirilməsi partiyanın Nizamnaməsi ilə tənzim olunur. Ya partiya sədrinin qurultay çağırılması ilə bağlı tapşırığı olur, ya da İdarə Heyətinin, Siyasi Şuranın qərarına istinad edilir. Bunlardan kənar partiyanın qurultayının keçirilməsi ilə bağlı partiya daxilində hərəkət olarsa, müəyyən sayda partiya üzvlərinin tələbi əsasında qurultay keçirilə bilər", - Əhmədov bildirib.

Onun sözlərinə görə, YAP-ın son qurultayı 2008-ci ilin avqust ayında keçirilib.

Qeyd edək ki, Nizamnaməyə görə, partiyanın qurultayı 4 ildən gec olmayaraq keçirilməlidir.

Xəbər lenti

Xəbər lenti