...

Gürcüstan AŞ PA-da çıxış zamanı əsas yeri islahatlara verəcək - XİN

Siyasət Materials 25 Yanvar 2012 15:33 (UTC +04:00)
Gürcüstan AŞ PA-da çıxış zamanı əsas yeri islahatlara verəcək.
Gürcüstan AŞ PA-da çıxış zamanı əsas yeri islahatlara verəcək - XİN

Fransa, Strasburq, 25 yanvar /Trend, müxbir A.Məhərrəmli/

Gürcüstan Avropa dəyərlərini, insan hüquqlarını və Avropa ailəsinə qayıtmağa cəhd etməklə Gürcüstanın mübarizə apardığı və neçə ildir can atdığı dəyərləri qorumağı nəzərdə tutan Avropa Şurası Parlament Assambleyası (AŞ PA) çərçivəsində iştirak etmək imkanını qiymətləndirir. Bu barədə çərşənbə günü Trend-ə Strasburqda Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze deyib.

"Sessiyada çıxışımız zamanı əsas yer, ilk növbədə, Gürcüstanda uğurla aparılan islahatlara veriləcək. Halbuki başa düşürük ki, qarşıya qoyduğumuz vəzifələrin yerinə yetirilməsindən hələlik çox uzaqdayıq", - o qeyd edib.

Vaşadzenin sözlərinə görə, onun sessiyada çıxışı zamanı, həmçinin Gürcüstanın işğal edilmiş ərazilərində insan hüquqları ilə bağlı vəziyyət və AŞ PA Baş katibinin himayəsi altında hazırda Avropa Şurasında keçirilən və Gürcüstanın dəstəklədiyi islahatlar əks olunacaq.

2008-ci il avqustun 8-nə keçən gecə tanınmamış "Cənubi Osetiya respublikası"nda irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Sxinvaliyə daxil olub. Sonradan rus qoşunları Sxinvalini tutub və gürcü hərbçiləri Gürcüstan ərazisinə sıxışdırıblar. Avqustun sonlarında Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. Buna cavab olaraq, Tbilisi Moskva ilə diplomatik münasibətləri pozub və iki tanınmamış respublikanı işğal olunmuş ərazi elan edib.

"Biz, həmçinin bu nüfuzlu təşkilatı daha səmərəli etmək üçün düşüncələrimizi ifadə edəcəyik. Burada məqsəd Avropa Şurasının Gürcüstan və Azərbaycan daxil olmaqla, Avropa ictimaiyyətini narahat edən aktual məsələlərlə məşğul olmasıdır", - Vaşadze qeyd edib.

Nazirin sözlərinə görə, onun Avropa Şurasının Baş katibi və digər rəsmilərlə görüşü gözlənilir.

Xəbər lenti

Xəbər lenti