• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Siyasət

AŞ PA-da "Əhalinin məcburi köçürülməsi: insan hüquqlarının pozulması" hesabatı Azərbaycan tərəfinin narazılığına səbəb olub

27 Yanvar 2012 18:16 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 27 yanvar /Trend/

Bu gün AŞ PA-nın qış sessiyasının son plenar iclasında "Əhalinin məcburi köçürülməsi: insan hüquqlarının pozulması" adlı hesabat dinlənilib.

Trend-in məlumatına görə, AŞ PA-nın İnsan haqları və hüquqi məsələlər komitəsinin sədri, litvalı deputat Egidijus Vareikisun təqdim etdiyi hesabatda azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı məlumat öz əksini tapmayıb və Cənubi Qafqazda bu problemlə bağlı durum ümumi ifadələrlə qeyd olunub. Bu isə Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın narazılığına səbəb olub.

Azərbaycanlı millət vəkili insanların, əhalinin zorla öz torpaqlarından, evlərindən köçürülməsi məsələsinin çox ciddi bir məsələ olduğunu bildirib.

"Biz də Avropa Şurasının bu problemin həllinə ciddi dəstək verməli olduğunu dəstəkləyirik. Amma məruzəçi hesabatda göstərir ki, Qafqaz regionunda da baş verən hadisələrdə əhalinin zorla köçürülməsi halları var. Hesabatda bu məsələni konkret, aydın və adı ilə yazmaq lazımdır. Bu məruzədə əksini tapmalıdır ki, 1988-ci ildə Ermənistan apardığı etnik təmizləmə siyasəti nəticəsində 250 minə yaxın azərbaycanlını öz torpaqlarından, öz evindən zorla qovub. Biz bu faktın sənəddə öz əksini tapmasını istəyirik.

Eyni zamanda, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yüz minlərlə azərbaycanlı Ermənistan dövləti, Ermənistan Silahlı Qüvvələri tərəfindən qaçqın və məcburi köçkünə çevrilib.

Bu halların məruzədə ciddi şəkildə əksini tapması lazımdır. Hər bir kəsin fərdi olaraq haqları qorunmalıdır. Amma burada söhbət yüz minlərlə insandan gedir. Və bu insanların məsələsinin açıq şəkildə hesabatda əksini tapması lazımdır", - Paşayeva deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Kateqoriyasında olan digər xəbərlər
Bahar Muradova: ATƏT PA-nın qış sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlər səsləndiriləcək (ÖZƏL)
Siyasət 19 Fevral 21:00
Elmar Məmmədyarov Türkiyə millət vəkilləri ilə görüşüb
Siyasət 19 Fevral 20:36
Ekspert: Əli Kərimli və onun kimilərin əsassız iddiaları xalqın gözündə heç bir dəyəri olmayan bu ünsürlərin son çırpınışlarıdır
Siyasət 19 Fevral 18:56
Ekspert: Prezident İlham Əliyevin çoxmənzilli binaların istismarına icazənin sadələşdirilməsi ilə bağlı fərmanı vətəndaş məmnunluğunu daha da artıracaq
Siyasət 19 Fevral 17:53
Aİ və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub (FOTO)
Siyasət 19 Fevral 17:00
Türkiyə prezidentinin köməkçisi: Ankara ilə Bakı arasındakı münasibətlər sürətlə inkişaf edir
Siyasət 19 Fevral 16:31
Xəbər lenti
UEFA Çempionlar Liqası çərçivəsində 1/8 final oyunları keçirilib
İdman 02:27
BDU-da ilin ən yaxşı tələbələri mükafatlandırılıb (FOTO)
Cəmiyyət 01:28
Qubada avtomobilin uçuruma düşməsi təhlükəsinin qarşısı alınıb
Hadisə 01:26
Marseldə naməlum şəxs yoldan keçənlərə hücum edib, yaralanan var
Dünya xəbərləri 00:36
Azərbaycan məhsulları “Prodexpo 2019”-da medala layiq görülüb (FOTO)
İqtisadiyyat 00:24
Sinqapurda gənc azərbaycanlı rəssamların sərgisi açılıb (FOTO)
Cəmiyyət 19 Fevral 23:40
TAP layihəsi 85 faizdən çox icra olunub
Energetika 19 Fevral 23:40
İsveçrədə baş verən qar uçqunu altında 10-12 nəfər qala bilər - RƏSMİ
Dünya xəbərləri 19 Fevral 23:00
Ölkədə qızıl cüzi bahalaşdı, gümüşün qiyməti isə...
Gündəm 19 Fevral 22:59
Ən çox oxunanlar
Umayra Tağıyeva: Bakıda bu, ilk qar deyil, soyuq hava kütləsi isə Rusiyadan gəlib (ÖZƏL)
Umayra Tağıyeva: Bakıda bu, ilk qar deyil, soyuq hava kütləsi isə Rusiyadan gəlib (ÖZƏL)
Mikayıl Cabbarov: Hər kəs başa düşür ki, qanun çərçivəsində işləməkdən faydalı yol yoxdur, bulanıq suda balıq tutmaq zamanı bitib (YENİLƏNİB)
Azərbaycan Prezidenti: Əməkhaqlarının, pensiyaların qaldırılması bundan sonra da nəzərdə tutulacaq
ÜST rəsmisi: Azərbaycanda 17 nəfərdə A tipli qrip aşkar edilib
Nəzər nöqtəsi
Bəhruz Quliyev: AXCP və "Milli Şura"da toplaşan sözdə demokratlar dövlətin xalq üçün gördüyü işlərdən təlaşlanırlar

Bəhruz Quliyev: AXCP və "Milli Şura"da toplaşan sözdə demokratlar dövlətin xalq üçün gördüyü işlərdən təlaşlanırlar

Siyavuş Novruzov: Bəziləri dövlət başçısı tərəfindən atılan addımları öz adlarına çıxırlar
Mikayıl Cabbarov: Hər kəs başa düşür ki, qanun çərçivəsində işləməkdən faydalı yol yoxdur, bulanıq suda balıq tutmaq zamanı bitib (YENİLƏNİB)
Millət vəkili: Xalqımızın sosial-rifah halının yaxşılaşdırılması Prezidentin həyata keçirdiyi siyasi kursun ana xəttidir
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri