Azərbaycan, Bakı, 30 yanvar / Trend, müxbir S.Ağayeva /
Polşanın xarici işlər naziri Radoslav Sikorski yaxın vaxtlarda Azərbaycana səfər edəcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Polşanın Bakıdakı səfiri Mixal Labenda bildirib.
"Polşanın xarici işlər nazirinin müavini yaxın günlərdə səfərə hazırlıq məsələlərini Bakıda müzakirə edəcək", - Labenda deyib.
Səfirin sözlərinə görə, səfər Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarovun dəvəti ilə baş tutacaq.
Labenda bildirib ki, mayda Varşavada Azərbaycan-Polşa hökumətlərarası komissiyanın növbəti iclasının keçiriləcəyi gözlənilir. İslasda tərəflər əməkdaşlığın gələcək perspektivlərini müzakirə etməyi planlaşdırırlar.