Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir E.Tariverdiyeva/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 3-5-də keçiriləcək Münhen təhlükəsizlik konfransında iştirak edəcək. Bu barədə çərşənbə günü Trend-ə XİN rəhbərinin tədbirdə iştirakı ilə bağlı sualı cavablandıran XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.
"Nazir debatlarda iştirak edəcək və konfransın kuluarlarında bir sıra görüşlər keçirə də bilər", - Abdullayev qeyd edib.