...

Aİ ilə Azərbaycan arasında perspektiv əməkdaşlıq məsələləri müzakirə olunub

Siyasət Materials 7 Fevral 2012 18:13 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Aİ ilə Azərbaycan arasında perspektiv əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan, Bakı, 7 fevral /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, görüş zamanı tərəflər Aİ ilə Azərbaycan arasında perspektiv əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin xarici siyasətimizin ən yüksək prioritet təşkil edən məsələsi olduğunu vurğulayaraq, bu münaqişənin Azərbaycan üçün ən böyük problem olduğunu tərəf müqabilinin diqqətinə çatdırıb. Nazir bildirib ki, münaqişənin nizamlanması üçün ən böyük maneə Azərbaycan torpaqlarının hələ də Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında olması faktıdır.

Məmmədyarov status-kvonun dəyişdirilməsinin vacibliyini vurğulayaraq, status-kvonun dəyişdirilməsi üçün atılması vacib olan ilk addımın Ermənistan silahlı qüvvələrinin işğal altında olan torpaqlardan çıxarılması olduğunu bildirib.

Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti