...

Türkiyə kəşfiyyatının sabiq rəhbərləri həbs ediləcək

Siyasət Materials 10 Fevral 2012 15:41 (UTC +04:00)
İstanbul şəhər prokurorluğu Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MKT) keçmiş rəhbəri Emre Taner və onun keçmiş müavini Afət Günəşin həbs olunması barədə qərar verib.
Türkiyə kəşfiyyatının sabiq rəhbərləri həbs ediləcək

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir A.Tağıyeva/

İstanbul şəhər prokurorluğu Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MKT) keçmiş rəhbəri Emre Taner və onun keçmiş müavini Afət Günəşin həbs olunması barədə qərar verib.

İstanbul Təhlükəsizlik İdarəsi onları kürd separatçıları ilə əlbir olmaqda və qadağan olunmuş Kürd Fəhlə Partiyası (PKK) ilə mübarizədə səhlənkarlıq etməkdə günahlandırır. Trend-in məlumatına görə, bu barədə cümə günü Türkiyənin TRT Haber telekanalı xəbər verir.

Taner 2010-cu ilədək Türkiyə kəşfiyyatına rəhbərlik edib.

PKK-nın şəhər qanadı hesab edilən Kürd Cəmiyyətləri İttifaqının (KCİ) məsələsi bir neçə professor və fəalın saxlanmasından sonra geniş müzakirə olunmağa başlayıb.

Şübhəlilərə terror təşkilatına mənsub olmaq da daxil olmaqla, terror fəaliyyətinə yardım göstərilməsi və ölkənin bütövlüyünün pozulması cəhdləri kimi müxtəlif cinayətlərdə əli olmaq ittihamı irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti