...

ATƏT baş katibi Dağlıq Qarabağ münaqişəsi zonasında insidentlərin araşdırılması mexanizmlərinin yaradılmasının əhəmiyyətini qeyd edib

Siyasət Materials 17 Fevral 2012 10:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 fevral /Trend/

ATƏT-in baş katibi Lamberto Zannier Dağlıq Qarabağ münaqişəsi zonasındakı təmas xəttində insidentlərin araşdırılması mexanizmlərinin yaradılmasının əhəmiyyətini vurğulayıb. Bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat verib.

"Lamberto Zannierin Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla Vyanada keçirilən görüşündə Qarabağ probleminin nizamlanması prosesi ətrafında son inkişaf müzakirə edilib", - məlumatda deyilir.

Bu kontekstdə ATƏT-in baş katibi təmas xəttində gərginliyin saxlanması ilə bağlı narahatlığını ifadə edib. Trend-in məlumatına görə, "Novosti-Armeniya" yazır.

Xəbər lenti

Xəbər lenti