...

YAP Gənclər Birliyinin üzvləri "Qış məktəbi" çərçivəsində Qəbələ və Oğuzda səfərdədir (FOTO)

Siyasət Materials 17 Fevral 2012 18:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi tərəfindən fevralın 17-19-da Qəbələ və Oğuz rayonlarında "Qış məktəbi" layihəsi keçirilir.

Hakim partiyadan cümə günü Trend-ə verilən məlumata görə, "Qış məktəbi"nin iştirakçısı olan gənclər layihə çərçivəsində Qəbələ və Oğuz rayonlarında yerləşən Heydər Əliyev mərkəzlərində olublar. Mərkəzdə gəncləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin həyat fəaliyyətini əks etdirən fotoşəkillərlə tanış ediblər. Ulu öndərin fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotolar gənclərin böyük marağına səbəb olub. Bundan başqa, gənclər ayrı-ayrı dövrlərdə ümummilli liderin Qəbələ rayonuna səfərlərini əks etdirən fotoşəkilləri də izləyiblər.

YAP Gənclər Birliyinin keçirdiyi "Qış məktəbi" layihəsinin iştirakçıları Qəbələ diyarşünaslıq muzeyi ilə tanış olublar.

Gənclərə muzey haqqında məlumat verilib. Bildirilib ki, 1980-ci ildən fəaliyyət göstərən bu muzeyin əsas fondunda Qəbələnin 2.500 illik tarixini əks etdirən 20 minə yaxın tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur. Arxeoloji, etnoqrafik, numizmatikmateriallar, xalq tətbiqi sənəti nümunələri, qədim əlyazma və çap kitabları diqqəti xüsusilə cəlb edir. Doqquz yüz kvadratmetr ərazisi olan muzeydə 13 ekspozisiya zalı, Heydər Əliyev xatirə guşəsi, şəkil qalereyası, zəngin elmi kitabxana, qədim daş abidələrdən təşkil olunmuş sərgi meydançası var.

Fevralın 18-də "Azərbaycan-2020: gənclərin gələcəyə baxışı" mövzusunda diskussiya baş tutacaq.

Xəbər lenti

Xəbər lenti