...

İranda parlament seçkilərində 3444 namizəd mübarizə aparacaq

Siyasət Materials 21 Fevral 2012 15:00 (UTC +04:00)
Nəzarət Şurası 3444 nəfərin namizədliyini təsdiq edib və onların adları Daxili İşlər Nazirliyinin Seçki Təşkilatına göndərilib. Bunu İranın Nəzarət Şurasının sözçüsü Abbasəli Kədxudayi bu gün keçirdiyi mətbuat konfransında deyib.
İranda parlament seçkilərində 3444 namizəd mübarizə aparacaq

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir T.Cəfərov/

Nəzarət Şurası 3444 nəfərin namizədliyini təsdiq edib və onların adları Daxili İşlər Nazirliyinin Seçki Təşkilatına göndərilib. Bunu İranın Nəzarət Şurasının sözçüsü Abbasəli Kədxudayi bu gün keçirdiyi mətbuat konfransında deyib. Bu barədə Trend İranın İRNA dövlət xəbər agentliyinə istinadən məlumat verir.

Kədxudayi deyib ki, qeydiyyatdan keçmiş namizədlərdən 70 faizinin səlahiyyəti təsdiq olunub.

"Səlahiyyətləri təsdiq olunmuş şəxslər arasında ölkədə fəaliyyət göstərən bütün cinah, siyasi partiya və qruplardan namizədlər var. Gələcək parlament seçkilərində namizədlər arasında gərgin rəqabət gedəcək", - o,i bildirib.

Kədxudayi namizədləri seçki kampaniyası çərçivəsində qanundan kənar təbliğatlar aparmaqdan çəkinməyə çağırıb və onlara xəbərdarlıq edib ki, belə hallara rast gəlinərsə, həmin namizədlərin səlahiyyətləri Nəzarət Şurasında bir daha müzakirəyə çıxarılacaq.

Ötən gün İran KİV-i məlumat vermişdi ki, keçiriləcək parlament seçkilərində iştirak etmək üçün yenidən namizədliyini irəli sürmüş 33 deputatın namizədliyi təsdiq olunmayıb və onların adı seçki siyahısına salınmayıb.

Kədxudayi həmin nümayəndələrin səlahiyyətlərinin təsdiq olunub- olunmamasına barədə məlumat verməyib.

Parlament seçkilərinə 5395 nəfər namizədliyini irəli sürmüşdi.

2012-ci il mart ayının 2-də keçiriləcək İranda IX çağırış parlament seçkilərinə namizədlərin qeydiyyatına dekabrın 24-dən start verilib. Namizədlərin qeydiyyatı bir həftə davam edib. İranın seçki qanunvericiliyinə uyğun olaraq, namizədlərin seçkilərdə iştirak edib-etməməsi ilə bağlı yekun qərarı Nəzarət Şurası verir.

Xəbər lenti

Xəbər lenti