...

Obama ABŞ hərbi bazasında Quran nüsxələrinin yandırılmasına görə əfqan həmkarından üzr istəyib

Siyasət Materials 23 Fevral 2012 19:15 (UTC +04:00)
ABŞ Prezidenti Barak Obama Birləşmiş Ştatların Əfqanıstandakı hərbi bazasında Quranın bir neçə nüsxəsinin yandırılmasına görə əfqanıstanlı həmkarı Həmid Kərzaidən üzr istəyib.
Obama ABŞ hərbi bazasında Quran nüsxələrinin yandırılmasına görə əfqan həmkarından üzr istəyib

Azərbaycan, Bakı, 23 fevral /Trend/

ABŞ Prezidenti Barak Obama Birləşmiş Ştatların Əfqanıstandakı hərbi bazasında Quranın bir neçə nüsxəsinin yandırılmasına görə əfqanıstanlı həmkarı Həmid Kərzaidən üzr istəyib. Bu barədə cümə axşamı Trend RİA Novosti-yə istinadən məlumat verir.

Bir neçə gün əvvəl Baqram hərbi bazasında amerikalı hərbçilər bir sıra dini kitabları yandırıblar, onlar arasında Quranın bir neçə nüsxəsi də olub. Hərbçilərin hərəkəti Əfqanısatnda Qərb əleyhinə nümayişlər dalğasına səbəb olub. Ölkədə nümayişlər üç gündür ki, davam edir.

"Mən mövcud insidentlə bağlı səmimi təəssüfümü ifadə etmək istəyirəm. Mən Sizdən və bütün əfqan xalqından səmimi qəlbdən üzr istəyirəm", - Əfqanıstan Prezidenti Administrasiyası Obamanın məktubundan sitat gətirir.

Bununla yanaşı, Obama məktubda təkid edir ki, müsəlmanlar üçün müqəddəs kitabın yandırılması "qəsdən törədilməyən səhvdir".

Xəbər lenti

Xəbər lenti