...

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva məşhur italiyalı dizayner Toni Şervino ilə görüşüb (FOTO)

Siyasət Materials 27 Fevral 2012 19:27 (UTC +04:00)
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bazar ertəsi məşhur italiyalı dizayner, "Ermanno Şervino" şirkətinin baş icraçı direktoru Toni Şervino ilə görüşüb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva məşhur italiyalı dizayner Toni Şervino ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bazar ertəsi məşhur italiyalı dizayner, "Ermanno Şervino" şirkətinin baş icraçı direktoru Toni Şervino ilə görüşüb.

Görüşdə bu il Londonda keçiriləcək Yay Olimpiya Oyunlarında çıxış edəcək Azərbaycan milli yığmasının idman formalarının dizaynı və quruluşu ilə bağlı müzakirə aparılıb.

Birinci xanım Mehriban Əliyeva Toni Şervinoya tövsiyələrini verərək bildirib ki, bu formalar öz üslubu ilə Azərbaycanın milli koloritini və naxışlarını, dövlət atributlarımızı, bayrağımızdakı rəngləri əks etdirməlidir.

Görüşə görə minnətdarlığını bildirən qonaq qeyd edib ki, Azərbaycanın olimpiya komandasının formasının ən yüksək standartlara uyğun hazırlanması ilə bağlı əlindən gələni əsirgəməyəcək və bu işi rəhbərlik etdiyi mütəxəssislərlə birgə yüksək səviyyədə icra edəcək.

Xəbər lenti

Xəbər lenti