...

Ukraynanın Dnepropetrovsk vilayətinin qubernatoru Azərbaycana səfərə dəvət edilib

Siyasət Materials 29 Fevral 2012 20:49 (UTC +04:00)
Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli fevralın 28-də Dnepropetrovsk vilayətinin qubernatoru Aleksandr Vilkulun dəvəti ilə Dnepropetrovsk şəhərində işgüzar səfərdə olub.
Ukraynanın Dnepropetrovsk vilayətinin qubernatoru Azərbaycana səfərə dəvət edilib

Azərbaycan, Bakı, 29 fevral /Trend/

Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli fevralın 28-də Dnepropetrovsk vilayətinin qubernatoru Aleksandr Vilkulun dəvəti ilə Dnepropetrovsk şəhərində işgüzar səfərdə olub. Bu barədə çərşənbə günü Trend-ə səfirlikdən məlumat verilib.

Səfir Həmin gün qubernatorun təşəbbüsü ilə yaradıcı qrupun hazırladığı "Dnepropetrovşina Azərbaycanlıları: tarix və bu gün" ("Азербайджанцы Днепропетровщины: история и современность") kitabının Dnepropetrovsk Dövlət Filarmoniyasında keçirilən təqdimat mərasimində iştirak edib. Təqdimatda çıxış edən Vilkul azərbaycanlıların vilayətin iqtisadi, siyasi, mədəni və ictimai həyatında oynadıqları rolu yüksək qiymətləndirildiyini bildirib, kitabın nüsxəsini səfirliyə hədiyyə etmişdir. Səfir Dnepropetrovskda yaşayan on beş min azərbaycanlının burada tam əmin-amanlıq şəraitində müxtəlif peşə sahələrində çalışdıqlarını, Azərbaycan-Ukrayna münasibətlərinə töhfə verdiyinin məmnunedici hal olduğunu qeyd edib.

Tədbirdə Azərbaycan diasporunun nümayəndələri, Dnepropetrovsk vilayət şurasının deputatı Fəxrəddin Muxtarov, şəhər merinin müşaviri Hafiz Aslanov çıxış ediblər. Mərasimdə Azərbaycan diasporunun bədii özfəaliyyət kollektivi iştirakçılar üçün konsert verib.

Bu münasibətlə həmin gün axşam keçirilən qəbulda Mədətli qubernator Vilkulu cari ilin aprel ayında Azərbaycana səfərə dəvət edib. Qubernator dəvəti məmnunluqla qəbul etdiyini və vilayətin tanınmış iş adamlarından ibarət nümayəndə heyəti ilə ölkəmizə məmnunluqla səfər edəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti