Azərbaycana bu ay bir neçə ölkənin hərbi attaşesi səfər edəcək

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycana bu ay bir neçə ölkənin hərbi attaşesi səfər edəcək.
Trend-in cümə axşamı Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 6-7-də İtaliya və Avstriyanın, martın 2-6-da isə Böyük Britaniyanın hərbi attaşeləri Azərbaycana səfər edəcəklər.
Səfər müddətində onların Müdafiə Nazirliyində və digər rəsmi dairələrdə görüşləri planlaşdırılır.