...

Azərbaycan Argentinanın regiona giriş qapısı olacaq - XİN rəhbəri (FOTO)

Siyasət Materials 2 Mart 2012 13:37 (UTC +04:00)
Azərbaycan Argentinanın regiona giriş qapısı olacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Bakıda Azərbaycan xarici işlər naziri (XİN) Elmar Məmmədyarovla keçirdiyi görüşün yekunu üzrə Argentinanın XİN rəhbəri Ektor Timerman bildirib.
Azərbaycan Argentinanın regiona giriş qapısı olacaq - XİN rəhbəri (FOTO)

Azərbaycan, Bakı, 2 mart /Trend müxbir S. Ağayeva/

Azərbaycan Argentinanın regiona giriş qapısı olacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Bakıda Azərbaycan xarici işlər naziri (XİN) Elmar Məmmədyarovla keçirdiyi görüşün yekunu üzrə Argentinanın XİN rəhbəri Ektor Timerman bildirib.

"Argentina Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlıdır və zəngin təbii ehtiyatlara malik ölkələrimizin bunun üçün böyük potensialı var", - Timerman deyib.

Onun sözlərinə görə, Argentina təkcə iqtisadi deyil, həm də siyasi sahələrdə münasibətlərin möhkəmləndirilməsi məqsədilə Bakıda səfirlik açmağı planlaşdırır.

Timerman qeyd edib ki, hər iki ölkə, həmçinin beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edə bilər, bunun üçün intensiv siyasi dialoqun yaradılması lazımdır.

"Årgentina və Azərbaycan münaqişələrdən əziyyət çəkən ölkələrdir və beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq hər iki ölkə üçün faydalı olacaq", - nazir deyib.

Xəbər lenti

Xəbər lenti