...

Müxalifət partiyalarının vahid platformadan çıxış etməsi ilə bağlı təşəbbüs müzakirə edilib

Siyasət Materials 2 Mart 2012 16:00 (UTC +04:00)
Müxalifət partiyalarının vahid platformadan çıxış etməsi ilə bağlı təşəbbüs müzakirə edilib.
Müxalifət partiyalarının vahid platformadan çıxış etməsi ilə bağlı təşəbbüs müzakirə edilib

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir E.Mehdiyev/

Müxalifət partiyalarının vahid platformadan çıxış etməsi ilə bağlı təşəbbüs müzakirə edilib.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə cümə günü Trend-ə deyib ki, təşəbbüs Müsavat Partiyasının rəhbərliyi ilə geçirilən görüşdə müzakirə olunub.

Qeyd edək ki, bir müddət əvvəl AMİP müxalifətin vahid mövqedən, vahid sənədlə, vahid platformadan çıxış etməsi təşəbbüsünü irəli sürmüşdü.

Bu istiqamətdə görüşlərin davam etdiyini deyən Bağırzadə nəticə barədə danışmağın hələ tez olduğunu qeyd edib.

Görüşdə AMİP-dən Yusif Bağırzadə, Mərkəzi Şuranın sədri Rəşad Bayramov, Mərkəzi Şuranın sədr müavini Nigar Əlicanlı, Müsavatdan partiya başqanı İsa Qəmbər, Məclis sədri Arzu Səmədbəyli, başqan müavini Gülağa Aslanlı iştirak edib.

Bağırzadənin sözlərinə görə, görüşdə AMİP və Müsavat, eləcə də ümumilikdə aparıcı müxalifət partiyaları arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq imkanları da müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti