...

Elmar Məmmədyarov Çexiya Respublikasına işgüzar səfər edəcək

Siyasət Materials 2 Mart 2012 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 4-də Vışeqrad Qrupu, Danimarka, Baltikyanı və Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak etmək məqsədilə Çexiya Respublikasına işgüzar səfər edəcək.

Trend-in cümə günü XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər zamanı Elmar Məmmədyarovun GUAM-a üzv olan ölkələrin xarici işlər nazirləri ilə görüşlər keçirməsi, eyni zamanda, Vışeqrad Qrupu, Danimarka, Baltikyanı və Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndə heyətlərinin başçılarının iştirakı ilə işgüzar nahara qatılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti