...

Azərbaycan Prezidentinin ehtiyat fondundan Gənclər Fonduna 5 milyon manat ayrılıb

Siyasət Materials 2 Mart 2012 18:31 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidentinin ehtiyat fondundan Gənclər Fonduna 5 milyon manat ayrılıb

Azərbaycan, Bakı, 2 mart /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanda vətənpərvər, sağlam düşüncəli yeni nəslin yetişdirilməsi məqsədi ilə gənclərin azərbaycançılıq ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də onların ölkəmizin təbliğinə yönəldilmiş layihələrdə daha da geniş iştirakının dəstəklənməsi üçün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fonduna Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti