...

Dmitri Medvedev prezident seçkilərində səs verib

Siyasət Materials 4 Mart 2012 13:16 (UTC +04:00)
Rusiya prezidenti ölkədə keçirilən prezident seçkilərində səs verib.
Dmitri Medvedev prezident seçkilərində səs verib

Azərbaycan, Bakı, 4 mart /Trend/

Rusiya prezidenti ölkədə keçirilən prezident seçkilərində səs verib.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, Prezident Dmitri Medvedev və onun həyat yoldaşı Svetlana 2634 saylı seçki məntəqəsində səs veriblər.

İlk dəfə altı il müddətinə keçirilən dövlət başçısı vəzifəsi uğrunda Baş nazir Vladimir Putin, Rusiya Federasiyası Kommunist Partiyasının (RFKP) lideri Gennadi Züqanov, Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski, Ədalətli Rusiya Partiyasından Sergey Mironov və müstəqil namizəd Mixail Proxorov mübarizə aparırlar.

Mərkəzi Seçki Komissiyası (MSK) səsvermənin nəticələrinə martın 14-dən gec olmayaraq yekun vurmalı, martın 17-ə qədər isə nəticələr rəsmən dərc edilməlidir. Hazırki seçkilərdə seçilən Rusiya Federasiyası (RF) Prezidenti vəzifəsinə mayın 7-də başlamalıdır.

Xəbər lenti

Xəbər lenti