Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Bronislav Komorovskiyə başsağlığı məktubu ünvanlayıb.
"Hörmətli cənab Prezident, ölkənizdə baş vermiş dəmir yolu qəzası nəticəsində insanların həlak olması və xəsarət alması xəbərindən olduqca kədərləndim. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə, bütün Polşa xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram" İlham Əliyevin başsağlığında qeyd edilib.
İlham Əliyev Polşa Prezidentinə başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Bronislav Komorovskiyə başsağlığı məktubu ünvanlayıb