...

Fransanın mədəniyyət naziri bu gün Bakıya səfərə gəlir

Siyasət Materials 9 Mart 2012 09:59 (UTC +04:00)
Fransanın mədəniyyət naziri Frederik Mitteran bu gün Bakıya ikigünlük səfərə gəlir.
Fransanın mədəniyyət naziri bu gün Bakıya səfərə gəlir

Azərbaycan, Bakı, 9 mart / Trend, müxbir S.Ağayeva /

Fransanın mədəniyyət naziri Frederik Mitteran bu gün Bakıya ikigünlük səfərə gəlir.

Martın 10-da fransalı nazirin iştirakı ilə Bakı İncəsənət Muzeyində "Plaisirs de France" adı altında Fransa tətbqiqi sənət incilərindən ibarət sərginin açılışı olacaq. Bu barədə Trend-ə Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib.

Sərginin açılışı haqqında razılaşma ötən il Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Fransanın mədəniyyət naziri Frederik Mitteranla Parisdə görüşü zamanı əldə olunub.

2 ay nümayiş olunacaq sərgi Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilir.

Xəbər lenti

Xəbər lenti