...

ATƏT Azərbaycanın siyasi partiyaları arasında dialoqun təşkili üçün tərəflərin razılığını alıb

Siyasət Materials 14 Mart 2012 12:59 (UTC +04:00)
Siyasi partiyalar arasında dialoq təşkil etmək üçün ATƏT-in Bakı Ofisi siyasi partiya liderləri ilə məsləhətləşmələr aparıb və belə bir tədbirin keçirilməsi üçün bütün tərəflərdən müsbət cavab alıb.
ATƏT Azərbaycanın siyasi partiyaları arasında dialoqun təşkili üçün tərəflərin razılığını alıb

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir S.Ağayeva/

Siyasi partiyalar arasında dialoq təşkil etmək üçün ATƏT-in Bakı Ofisi siyasi partiya liderləri ilə məsləhətləşmələr aparıb və belə bir tədbirin keçirilməsi üçün bütün tərəflərdən müsbət cavab alıb. Bu barədə çərşənbə günü Trend-ə ATƏT-in Bakı Ofisindəki mənbə məlumat verib.

Məlumata görə, ehtimal olunur ki, növbəti toplantının əsas mövzusu "Siyasi partiyalar haqqında" yeni qanun olacaq. Hazırda tədbirin tarixi və keçiriləcəyi yerlə bağlı məsləhətləşmələr davam edir.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyasında "Siyasi partiyalar haqqında" yeni qanunun müzakirəsi gözlənilir. Bu qanunla bağlı Azərbaycan dövləti Venesiya Komissiyası ilə bir neçə dəfə məsləhətləşmələr aparıb.

Xəbər lenti

Xəbər lenti