...

İlham Əliyev Dubayda Azərbaycanın Baş Konsulluğunun təsis edilməsi haqqında sərəncam imzalayıb

Siyasət Materials 14 Mart 2012 18:54 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunun təsis edilməsi haqqında sərəncam imzalayıb.
İlham Əliyev Dubayda Azərbaycanın Baş Konsulluğunun təsis edilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan, Bakı, 14 mart /Trend/

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunun təsis edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğu təsis edilsin.

Nazirlər Kabinetinə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunun fəaliyyətinin təminatı ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirmə məsələlərini həll etmək, Xarici İşlər Nazirliyinə isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunun strukturunu və ştat cədvəlini təsdiq etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti