Azərbaycan, Bakı, 15 mart /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Salyan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Salyan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Salyan rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat vəsait ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.